HEYBƏT VƏ ÜNS

qəbz və bəst üzərində yüksələn sufi hallarıdır. Heybət sayğı və qorxu duyğularını üzə çıxararaq qəbzin üzərində yüksəlir. Üns isə insanı alovlandırır, onun ruhunu Allahın anılması ilə genişləndirir. Heybət ruha Allahın yaxın olması hissindən rahatsızlıq və qorxu duyğusunu verir. Üns isə sufi ilə Allahın arasında rəsmiyyəti aradan qaldırır və Tanrıya olan sevgini olduğu kimi edir.
HAVİYƏ
HEYZ
OBASTAN VİKİ
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Məclisi-üns
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı. 1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.
Üns teatrı
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
Bibi-Heybət
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Heybət Heybətov
Heybət Atamoğlan oğlu Heybətov və ya Vladimir Pavloviç Zyuvanov — milliyətcə azərbaycanlı olan sovet hərbçisi, general-mayor. == Həyatı == 1898-ci ildə Maştağa qəsəbəsində çoxuşaqlı ailədə anadan olmuşdur. Heybət Heybətov 1912-ci ildə rus-tatar məktəbini, 1916-ci ildə isə üçsinifli Bakı Alekseyev mexanika-inşaat orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra o faytonçu köməkçisi, Rabinoviçin təkər mazı zavodunda usta işləmişdir. 1918-ci il mart soyqırımı zamanı atasını itirmişdir. 1918-ci il mayından 1920-ci il oktyabrınadək "Abneto" Əmrcan-Biləcəri neftsənaye cəmiyyətində çilingər işləmişdir. 1920-ci ildə Heybət, Zyuvanov soyadlı rus zabiti tərəfindən anasından tərbiyə olunmaq üçün alınmış və sonradan Zyuvanov tərəfindən oğulluğa götürülmüşdür. 1920-ci ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi Məktəbinə təhsil almağa göndərilir, həmin hərbi məktəbin hərbi dəstəsinin tərkibində Qarabağda daşnaklarla döyüşlərdə iştirak etmişdir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Heybət Mehdiyev
Heydət Mehdiyev (azərb. Mehdiyev Heybət Cənnətalı oğlu‎) — Azərbaycanlı alim, ictimai xadim == Həyatı == Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur. === Təltif və mükafatları === Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Heybət qəsəbəsi
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Üns Yaradıcılıq Səhnəsi
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
Bibi-Heybət bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacı Heybət məscidi
Hacı Heybət məscidi (İçərişəhər) — İçərişəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. Hacı Heybət məscidi (Fatmayı) — Fatmayıda yerləşən və yerli əhəmiyyətli abidə olan məscid.
Mirzə Heybət Axundzadə
Mirzə Heybət Axundzadə — Azərbaycan şairi Gülüstan ədəbi məclisinin üvlərindən biri, Səkinə Axundzadənin atası. Mirzə Heybət Axundzadə "Fəda" təxəllüsü ilə şeirlər yazan şair olub.
Hacı Heybət məscidi (Fatmayı)
Hacı Heybət məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tikili == XVII əsrdə Hacı Heybət adlı bir şəxs tərəfindən tikilib. Məscidin sahəsi 236 m²-dir. Məsciddə eyni vaxtda 110 nəfər nəfər namaz qıla bilər. Tikili L hərfi formasına malikdir. Həyətində yardımcı tikililər vardır.
Hacı Heybət məscidi (İçərişəhər)
Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memаr Hаcı Heybət Əmirəli оğlu tərəfindən tikilmişdir. == Haqqında == Kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədi. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli üslublаrın sаrsılmаzlığını qоruyаrаq və оnlаrа sаdiq qаlаrаq dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Sаdə ifаdə оlunmuş tаclı giriş və "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən epiqrаfik yazı məscidin yüksək dəyərini göstərir. İbаdət zаlının interyerində, künclərin birində memаrın və onun həyаt yоldаşının məzаrı yerləşir.
Heybət-i Cahanxanımlı (Biləsuvar)
Heybət-i Cahanxanımlı (fars. هيبت جهان خانملو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (23 ailə).
Heybət-i Süfla (Germi)
Heybət-i Süfla (fars. هيبت سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə).
Heybət-i Ülya (Germi)
Heybət-i Ülya (fars. هيبت عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Heybət dəmir yolu stansiyası
Heybət dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşmiş yolu stansiyası. Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Buna səbəb Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmiş Abşeron dəmir yolu stansiyası olmuşdur. Stansiya Meyvəli bazarının yaxınlığında yerləşirdi.
Düşün və Varlan
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Elm və Din
Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur. == Elm və Din münasibətiləri haqqında == Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır.
Elm və texnologiya
Elm və texnologiya — ölkələrə kənd təsərrüfatı, nəqliyyat və tibbdən ekologiyayadək həyatın bütün sahələrində davamlı inkişafın yeni səviyyəsinə keçməyə imkan verir. XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. İnsanlıq tarixinin əksəriyyəti üçün texnoloji inkişaflar şans, sınaq, səhv və ya ilhamla əldə edilmişdir.
Er və Luar
Ör və Luar (fr. Eure-et-Loir) — Fransa şimalı mərkəzində yerləşən departament. Mərkəz - Luara vadisi regiounun departamentlərindən biri. Sıra nömrəsi — 28. İnzibati mərkəzi — Şartr. Əhalisi — 440 291 nəfər. (departamentlər arasında 55-ci yer, 2010-cu ilin məlumatları) == Coğrafiyası == Sahəsi — 5880 km². Departament Luara vadisində yerləşir. Departamentə 4 rayon, 29 kanton və 403 kommun daxildir. === Rayonları === Şartr Şatodön Drö Nojan-le-Rotru == Demoqrafiyası == Cədvəl == Tarixi == Ör və Luar — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranmış ilk departamentdən biri.
Fines və Ferb
Fines və Ferb (ing. Phineas and Ferb) — Den Povenmayr və Ceff Marş tərəfindən yaradılmış ABŞ istehsalı musiqili komediya cizgi-serialı. Disney Channel və Disney XD kanallarında nümayiş olunan serial, Disney Television Animation studiyası tərəfindən hazırlanıb. Cizgi-serial ilk olaraq 17 avqust 2007-ci ildə yayımlanıb, 12 iyun 2015-ci ildə isə tamaşaçıları ilə vidalaşıb. Serialda yay tətili ərzində səkkiz və on yaş arasında olan Fines Flinn (ing. Phineas Flynn) və ögey qardaşı Ferb Fletçerin (ing. Ferb Fletcher) sərgüzəştlərindən bəhs olunur. Oğlanlar hər gün mümkün olmayacaq böyük elmi layihələrə imza atırlar. Etdikləri bu işlər onların bacısı Kendesi (ing. Candace) qıcıqlandırır, o anası Linda Flinn-Fletçer və atası Lourens Fletçerə (ing.